Timur Cumurbayev: QXA təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da fəaldır

Timur Cumurbayev: QXA təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da fəaldır Aprelin 23-də Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyası çərçivəsində "Assambleya gəncləri: Yeni dalğa, yaradıcı nəsil" adlı III Respublika Gənclər Sessiyası keçirilib.
Region
24 aprel 2025 09:34
Timur Cumurbayev: QXA təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da fəaldır

Aprelin 23-də Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyası çərçivəsində "Assambleya gəncləri: Yeni dalğa, yaradıcı nəsil" adlı III Respublika Gənclər Sessiyası keçirilib.

Bu barədə "Report"un müxbirinə Assambleyanın gənclər qanadının rəhbəri Timur Cumurbayev məlumat verib.

"Bu sessiyada Assambleyanın 30 illik fəaliyyətinin yekunlarının müzakirəsini, həmçinin dövlət başçısının çıxışını böyük maraqla gözləyirik - xüsusilə Assambleyanın gələcək inkişafı və ölkədə ictimai razılığın möhkəmləndirilməsi kontekstində", - deyə o qeyd edib.

T.Cumurbayevin sözlərinə görə, QXA Qazaxıstanda ictimai razılığın saxlanması üçün əsas institut olaraq qalır.

"Aprelin 23-də ölkənin bütün regionlarından nümayəndələri birləşdirən ənənəvi respublika gənclər sessiyası keçirildi. Biz bütün istiqamətlərdə fəal işləyirik. QXA-nın gəncləri bu gün Qazaxıstanın bütün vilayətlərində təmsil olunur, 9 mindən çox insan onun fəaliyyətinə cəlb olunub. Üstəlik, fəallıq təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda da özünü göstərir", - deyə o vurğulayıb.

Assambleyanın məlumatına görə, III Respublika Gənclər Sessiyası zamanı son 30 ildə ən yaxşı gənclər layihələri, həmçinin regional filialların əsas nailiyyətləri təqdim edilib. Natiqlər "Assambleya gəncləri" təşkilatının fəaliyyət istiqamətlərini, o cümlədən yaradıcı sənaye sahələrinin inkişafı, sosial iş, mənfi halların qarşısının alınması və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Həmçinin gənclər qanadının qarşıdakı il üçün əsas iş prioritetləri səsləndirilib. Təşkilatın bir sıra fəalları və rəhbərləri ictimai razılığın möhkəmləndirilməsinə töhfələrinə görə "Qazaxıstan Xalqları Assambleyasının 30 illiyi" yubiley medalı ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi