Tbilisidə yaşayış binasına ildırım düşüb
Region
- 23 sentyabr, 2016
- 19:13
Tbilisi. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də axşam saatlarında Gürcüstana yağan leysan yağışları bir sıra ciddi problemlər yaradıb.
“Report”-un Gürcüstan bürosu xəbər verir ki, paytaxt Tbilisinin Diğomi rayonunda yaşayış binasına ildırım düşüb.
Bu barədə şəhərin meri David Narmaniya məlumat verib. Mer bildirib ki, xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb.
Güclü yağış nəticəsində paytaxt Tbilisinin mərkəzi “Azadlıq” meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb.
Son xəbərlər
08:46
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Digər ölkələr08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:11
Foto
Video
Sumqayıtda BMW üç avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var
Hadisə07:48
"Barselona" "Atletiko"nun Alvareslə bağlı sərt açıqlamalarına cavab verib
Futbol07:22
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
Digər ölkələr06:51
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb
Digər ölkələr06:12
Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Digər ölkələr05:28
İlin son Ay tutulması başlayıb
Elm və təhsil05:26