Tbilisidə “Xarici agentlər haqqında" qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır

Tbilisidə “Xarici agentlər haqqında" qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır Aprelin 15-də Gürcüstanın paytaxtı Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları böyük yürüş keçirməyi planlaşdırır.
Region
12 Aprel , 2024 11:05
Tbilisidə “Xarici agentlər haqqında qanun layihəsinə görə yenidən böyük yürüş planlaşdırılır

Gürcüstanın paytaxtı Tbilisidə müxtəlif qeyri-hökumət təşkilatları, siyasi partiyalar, tələbə hərəkatları və təşəbbüs qrupları aprelin 15-də böyük yürüş keçirməyi planlaşdırır.

"Report"un yerli bürosu xəbər verir ki, buna səbəb hakim “Gürcü Arzusu” partiyasının “Xarici agentlər haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etməsidir.

Məlumat üçün qeyd edək ki, 2023-cü il martın 7-də Tbilisidə sözügedən qanun layihəsinə etiraz zamanı Gürcüstan vətəndaşı Lazare Qriqoriadis təhlükəsizlik qüvvələrinə iki dəfə “Molotov kokteyli” ataraq polis əməkdaşlarına hücum etdiyi üçün 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Qriqoriadis martın 9-na keçən gecə Gürcüstanın Daxili İşlər Nazirliyinə məxsus avtomobili qəsdən yandıraraq dövlət büdcəsinə 39,5 min lari (14,7 min dollar) məbləğində ziyan vurub.

Məhkumun ailəsi Prezident Salome Zurabişvilidən onu əfv etməyi xahiş edəcək.

Onu da bildirək ki, “Gürcü Arzusu” partiyası “Xarici agentlər haqqında” qanun layihəsini parlamentdə aprelin 15-də yenidən nəzərdən keçirəcək.

Son xəbərlər

Orphus sistemi