İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib

İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib İranın tanınmış iş adamı, milyader Babək Zəncani barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəz edilib.
Region
30 Aprel , 2024 14:35
İranlı milyarder barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəzlənib

İranın tanınmış iş adamı, milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmü 20 illik həbslə əvəz edilib.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Asqar Cahangir bildirib.

Xatırladaq ki, 2016-cı il martın 6-da İran İnqilab Məhkəməsi əvvəllər neft satışı ilə bağlı korrupsiya ittihami üzrə həbs olunan Babək Zəncanini asılma yolu ilə ölüm hökmünə məhkum edib. Məlumata görə, o, neft satışı ilə ölkəyə qarşı sanksiyalar tətbiq edilən zaman məşğul olub. Milyarder İran neftinin satışından əldə olunan vəsaitlərin "israf edilməsi"ndə təqsirli bilinir. B.Zəncani 2012-ci ildə İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-nin "qara siyahısı"na daxil edilib. O, 2013-cü ilin dekabrında həbs olunub.

Qeyd edək ki, İran prezidentinin ovaxtkı müavini İshaq Cahangiri B.Zəncaninin adını çəkmədən bildirmişdi: "Neft gəlirinin 2,7 milyard dollardan artığının bir gəncin ixtiyarına verilməsinə təəccüb edirik. Əgər həmin maliyyə vəsaiti təkrar maliyyə sistemimizə qayıtmazsa, bu, İran üçün qara bir ləkə olacaq. İctimaiyyət bu pulların geri dönəcəyini səbirsizliklə gözləyir".

Son xəbərlər

Orphus sistemi