Rusiyada polietilen anbarında yanğın olub

Rusiyada polietilen anbarında yanğın olub Rusiyanın Moskva vilayətinin Ramensk şəhərində polietilenlə dolu anbarda yanğın olub.
Region
30 Aprel , 2024 12:20
Rusiyada polietilen anbarında yanğın olub

Rusiyanın Moskva vilayətinin Ramenskoye şəhərində polietilenlə dolu anbarda yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hadisə Ramenskoye şəhərinin RAOS qəsəbəsində baş verib.

Bildirilib ki, yanğın iki min kv. metr sahəni əhatə edib. Yanğını söndürmək üçün əraziyə 22 texnika və 70 xilasedici cəlb olunub. Binadan 30 nəfər təxliyə edilib.

İnformasiyaya əsasən, anbarda böyük həcmdə yanacaq materialları, plastik borular var.

Son xəbərlər

Orphus sistemi