Tbilisidə Azərbaycan və Gürcüstan QHT-lərinin informasiya mübadiləsi mövzusunda konfrans keçirilib

Tbilisidə Azərbaycan və Gürcüstan QHT-lərinin informasiya mübadiləsi mövzusunda konfrans keçirilib Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda konfrans baş tutub.
Region
21 Oktyabr , 2024 15:44
Tbilisidə Azərbaycan və Gürcüstan QHT-lərinin informasiya mübadiləsi mövzusunda konfrans keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda konfrans baş tutub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxış edərək, Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və əməkdaşlığın Qafqaz regionunda seçildiyini vurğulayıb.

O qeyd edib ki, hər iki dövlət çətin anlarda bir-birinə dəstək verir və bu əməkdaşlıq bütövlükdə Qafqazda nümunə olaraq qalmaqdadır. İskəndərli, həmçinin bu dostluğun bəzi xarici dairələri narahat etdiyini qeyd edib və hər iki ölkənin müstəqil siyasət yürütməkdə davam etdiyini bildirib.

Konfransda iştirak edən ekspertlər həm Gürcüstan, həm də Azərbaycana qarşı Qərbin təzyiqlərinə diqqət çəkiblər. Onlar QHT-lərin milli maraqların qorunmasında birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar və bu əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar, həmçinin Gürcüstan hökumətinin müstəqil siyasətinə qarşı Qərbdən gələn təzyiqləri, xüsusən də “Xarici agentlər haqqında" və LGBT təbliğatına qarşı qəbul edilən qanunların Avropa İttifaqı və ABŞ tərəfindən tənqid edilməsini müzakirə ediblər.

Bundan əlavə, konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan “COP29 QHT Koalisiyası”nın fəaliyyəti və bu koalisiyada Gürcüstan QHT-lərinin iştirak yolları müzakirə edilib. Koalisiyaya artıq 72 ölkədən 350 QHT-nin qoşulması Azərbaycan vətəndaş cəmiyyəti üçün böyük uğur kimi qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi