Tatarıstanda məktəbli qar uçqununa düşərək ölüb
Region
- 05 fevral, 2018
- 17:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 fevral. REPORT.AZ/ Tatarıstanda 9-cu sinif şagirdi qar uçqununa düşərək ölüb.
“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Çistopol rayonunun Danaurovka kəndində baş verib. 15 yaşlı yeniyetmə və onun 3 sinif yoldaşı Puşkin küçəsində yarğan boyunca oynayırmış. Hansısa məqamda oğlanın ayağı büdrəyib və yarğana yıxılıb. Bu zaman uşağın üzərinə qar topası tökülüb və o, qarın altında qalıb.
Uşaqlardan ikisi aşağı düşərək onu çıxartmağa çalışıblar, digər məktəbli isə kömək çağırmağa qaçıb. Uşaq gec tapılıb. Hadisə yerinə gələn tibb işçiləri məktəblinin öldüyünü təsdiqləyiblər.
Son xəbərlər
11:41
Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb
Xarici siyasət
11:41
Azərbaycanda 11 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
İnfrastruktur
11:36
Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb
Xarici siyasət
11:34
Polşada sosial şəbəkələrdə terror təhdidləri yayan məktəbli həbs edilib
Digər ölkələr
11:32
İstanbul aeroportunda 2,67 milyon manatlıq narkotik maddə ələ keçirilib, iki iranlı saxlanılıb
Region
11:23
Foto
Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq
Xarici siyasət
11:21
Foto
"Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib
Sənaye
11:19
Kolumbiyada silahlı şəxslər tərəfindən saxlanılan 30 girov azad edilib
Digər ölkələr
11:18
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Daxili siyasət