Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Ali Tank Komandanlığı Məktəbininin binası yanır.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.
Yanğın məktəbin ikinci mərtəbəsində başlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
Hadisənin səbəbi hələ ki məlum deyil.