Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 5-i yaralanıb - YENİLƏNİB
- 19 dekabr, 2016
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 dekabr. REPORT.AZ/ Suriyanın Əl- Bab bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı yaralanan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub.
“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.
Bundan başqa, ilkin məlumatda yaralıların sayı 7 göstərilmişdi. Sonradan yaralıların sayının 5 olduğu dəqiqləşib.
*** 10:04
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi anti-terror əməliyyatı zamanı 7 hərbçi yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Kilis rayonundakı dövlət xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatları həyata keçirir.