Süleyman Soylu: “Türkiyə bayrağını Azərbaycanla birlikdə Qarabağda dalğalandıran ölkədir”

Süleyman Soylu: “Türkiyə bayrağını Azərbaycanla birlikdə Qarabağda dalğalandıran ölkədir” “Türkiyə əvvəlki Türkiyə deyil, Ayasofyadan dünyaya azan gətirən bir ölkədir. Azərbaycanda, Qarabağda bu ölkənin bayrağı ilə Türkiyə bayrağını yan-yana dalğalandıran ölkədir”.
Region
24 Avqust , 2022 08:21
Süleyman Soylu: “Türkiyə bayrağını Azərbaycanla birlikdə Qarabağda dalğalandıran ölkədir”

“Türkiyə əvvəlki Türkiyə deyil, Ayasofyadan dünyaya azan gətirən bir ölkədir. Azərbaycanda, Qarabağda bu ölkənin bayrağı ilə Türkiyə bayrağını yan-yana dalğalandıran ölkədir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlır naziri Süleyman Soylu deyib.

Süleyman Soylu terror əməliyyatlarında şəhid olanların qisasının alındığını və heç birinin qanının yerdə qalmadığını vurğulayıb.

Nazir vurğulayıb ki, bəzi xarici qüvvələr Türkiyənin gücünü zəiflətməyə çalışırlar. Onun sözlərinə görə, 29 oktyabr 2023-cü ildə - Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə Ağrıdan Vana qədər, Qabar, Cudi, Bestler dərəsinədək hər nöqtə terrorçulardan təmizlənəcək.

Nazir qeyd edib ki, bölgədəki 124 terrorçunun bəziləri təslim ediləcək, digərləri isə zərərsizləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi