Stoltenberq NATO ölkələrini Ukraynaya yardım göstərməyə çağırıb

Stoltenberq NATO ölkələrini Ukraynaya yardım göstərməyə çağırıb “NATO ölkələri ekoloji fəlakətlə əlaqədar Ukraynaya yardım göstərməlidir”.
Region
8 İyun , 2023 19:45
Stoltenberq NATO ölkələrini Ukraynaya yardım göstərməyə çağırıb

“NATO ölkələri ekoloji fəlakətlə əlaqədar Ukraynaya yardım göstərməlidir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın komissiya iclasında bildirib.

O, alyans ölkələrini ekoloji fəlakətə görə Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb.

Onun sözlərinə görə, Ukraynaya orta və uzunmüddətli hərbi yardım da NATO müdafiə nazirlərinin qarşıdakı görüşünün və alyansın Vilnüs sammitinin əsas mövzusu olacaq.

Qeyd edək ki, iyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb.

Son xəbərlər

Orphus sistemi