Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu ölkəsinə qayıdıb
Region
- 16 oktyabr, 2018
- 15:16
Bakı. 16 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə ölkəsinə qayıdıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə Ər-Riyada yola düşüb.
"Anadolu" agentliyinin məlumatına görə, jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək istintaq qrupu baş konsulun iqamətgahında axtarış aparmalı idi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.
Son xəbərlər
08:32
KİV: Çin hakerləri ABŞ Konqresi əməkdaşlarının elektron poçtlarının parolunu sındırıblar
Digər ölkələr08:17
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:41
İzmirdə 10 qanunsuz miqrant və üç insan alverçisi saxlanılıb
Region07:12
Netanyahu Negev səhrasında məskunlaşma sürətini artırmaq niyyətindədir
Digər ölkələr06:36
"Nyukasl" İngiltərə Premyer Liqası tarixində ən son qələbə qolunu vurub
Futbol06:08
KİV: İslamabad və Ər-Riyad JF-17 qırıcılarının alınması ilə bağlı müqaviləni müzakirə edirlər
Digər ölkələr05:51
Tramp tezliklə Petronu Ağ Evdə qəbul edəcəyini açıqlayıb
Digər ölkələr05:24
Alimlər insanların Ayı çirkləndirməyə başladığını aşkarlayıblar
Elm və təhsil04:41