Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu işdən çıxarılıb, jurnalistin ölümü ilə bağlı yeni təfərrüat məlum olub

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu işdən çıxarılıb, jurnalistin ölümü ilə bağlı yeni təfərrüat məlum olub Bakı. 17 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub.
Region
17 Oktyabr , 2018 16:53
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu işdən çıxarılıb, jurnalistin ölümü ilə bağlı yeni təfərrüat məlum olub
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi vəzifəsindən azad olunub.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bunu “Arab Sabq” qəzeti yazıb. 

Məlumata görə, baş konsulla bağlı istintaq araşdırmalarına başlanılıb.

Bundan başqa, Səudiyyə Ərəbistanının 11 dövlət məmuru jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı Türkiyəyə gəlib.

Bu arada C.Qaşıqçının itkin düşməsi və Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunda öldürülməsi barədə yeni təfərrüt məlum olub. Məlumata görə, baş konsul Məhəmməd Uteybi jurnalist C.Qaşıqçının konsulluğun binasından kənarda öldürülməsini istəyib. Bu, Krallığın İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi zamanı qeydə alınan səs yazısında aşkar edilib.

Bildirilib ki, Konsulluğa sənəd almaq üçün gedən C.Qaşıqçı orada sorğu-sual zamanı işgəncə verilərkən əvvəlcə barmaqları qoparılıb, ardından isə başı kəsilərək öldürülüb. Səs qeydinə görə, işgəncə verilərkən baş konsul Məhəmməd Uteybi buna etiraz edərək deyib: “Bunu Konsulluqdan kənarda edin. Mənim başıma iş açacaqsınız”. Başqa bir səs qeydində isə kimsə baş konsulu hədələyir: “Səudiyyə Ərəbistanına gələdə yaşamaq istəyirsənsə sus”.

“Al-Jazeer” telekanal isə hadisə ilə bağlı yaydığı məlumatda bildirib ki, C.Qaşıqçı baş konsulun otağında öldürülüb və meyiti 7 dəqiqədə parça-parça edilib. Meyitin parçalanmasını Səudiyyə Ərəbistanının antom-mütəxəssisi Salah Mohammed al-Tubaigy həyata keçirib. O, bu işi icra edərkən yanındakılara musiqi dinləməyi tövsiyə edib.

Məlumatlara görə, Salah Mohammed al-Tubaigy vəliəhd şahzadə Məhəmməd ibn Salmanı ABŞ-a səfəri zamanı müşayiət edib. 

Xatırladaq ki, oktyabrın 17-də ABŞ-ın dövlət katibi Maykl Pompeo Ankarada keçirdiyi rəsmi görüşdə C.Qaşıqçı hadisəsinin araşdırılmasında Türkiyəyə yardım edəcəklərini bildirib.

Qeyd edək ki, oktyabrın 2-də Camal Qaşıqçı Krallığın İstanbuldakı konsuluğunun binasına daxil olduqdan sonra itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi