Sergey Lavrov: "İndi bizim qərbli tərəfdaşlarımız yoxdur"

Sergey Lavrov: "İndi bizim qərbli tərəfdaşlarımız yoxdur" Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin onlara tətbiq etdiyi sanksiyalara münasibət bildirib.
Region
800
18 Mart , 2022 13:05
Sergey Lavrov: İndi bizim qərbli tərəfdaşlarımız yoxdur
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin onlara tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb.

“Bizə qarşı sanksiyalar davam edəcək. Amma bu, Rusiyanı qorxutmur. Sanksiyalar həmişə bizi gücləndirib. İndi bizim qərbli tərəfdaşlarımız yoxdur”,- o deyib.

Qeyd edək ki, RT (keçmiş “Russia Today”) Rusiya hökumətinin maliyyələşdirdiyi çoxdilli beynəlxalq informasiya telekanalları şəbəkəsidir. RT özünü Rusiyada və dünyada baş verənlərə alternativ baxış təqdim edən telekanal kimi təqdim edir. Bir sıra siyasətçilər, mütəxəssisləri RT-ni Rusiya rəhbərliyinin xarici siyasət xəttinə ciddi əməl edən təbliğat kanalı kimi xarakterizə edir; onu dezinformasiya yaymaqda, qərəzlilikdə ittiham edir. Bir sıra dövlətlərin daxili işlərinə qarışma ittihamları RT-nin və onun törəmə şirkətlərinin həmin ölkələrdə fəaliyyətinə əhəmiyyətli məhdudiyyətlərin qoyulması üçün əsas olub. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı ölkələrində RT-nin yayımı dayandırılıb.

Son xəbərlər

Orphus sistemi