Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koeni qəbul edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan teleqram kanalında məlumat yayıb.
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim”, - o qeyd edib.
Ermənistan hökumətinin mətbuat xidməti isə məlumat verib ki, görüşdə Ermənistan-ABŞ gündəminə daxil olan məsələlər və beynəlxalq problemlər müzakirə olunub.