İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib

İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib İranın Dini ekspertlər Şurasına ayətullah Mohadi Kermani sədr seçilib.
Region
21 May , 2024 15:57
İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib

İranın Dini Ekspertlər Şurasına ayətullah Mohadi Kermani sədr seçilib.

“Report” xəəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.

Bildirilib ki, onun lehinə Şuranın 55 üzvü səs verib. Şuranın daxili reqlamentinə əsasən, Mohadi Kermani iki il müddətinə quruma sədrlik edəcək.

Bu il martın 1-də Şuraya seçkilər keçirilib. Bu qurumu ölkənin ali rəhbər və rəhbərliyi seçir. Şuranın 88 üzvü var.

Qeyd edək ki, ondan əvvəl bu quruma ayətullah 98 yaşlı Əhməd Cənnəti sədrlik edib.

Son xəbərlər

Orphus sistemi