Sentyabrın 29-dan Türkiyədən Ərbil və Süleymaniyyəyə bütün uçuşlar dayandırılacaq
Region
- 27 sentyabr, 2017
- 15:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyə İraqın şimalındakı kürd muxtar bölgəsi hökumətinə qarşı sanksiya tətbiqinə başlayıb.
"Report" NTV-yə istinadən xəbər verir ki, sentyabrın 29-dan etibarən Türkiyədən İraqın Ərbil və Süleymaniyyə şəhərlərinə bütün uçuşlar dayandırılacaq.
Rəsmi Ankara bu addımı İraqın şimalındakı kürd muxtar bölgəsi hökumətinin sentyabrın 25-də "müstəqillik haqqında referendum" keçirməsi səbəbindən atıb.
Məlumatda qeyd olunub ki, İraq Mülki Aviasiya Təşkilatı da Ərbil və Süleymaniyyəyə uçuşların həyata keçirilməsinə qadağa qoyub. Ona görə də "Türk Hava Yolları", "AtlasGlobal" və "Pegasus" şirkətləri Türkiyədən bu şəhərlərə aviareyslər həyata keçirə bilməyəcəklər.
Son xəbərlər
12:15
ABŞ-də ticarət mərkəzində atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Digər ölkələr
12:00
Hindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Digər ölkələr
12:00
Video
Vətən Müharibəsi Qəhrəmanının döyüş yolu: 32 döyüşçü ilə düşmənin yüzlərlə hərbçisini məhv etdik - Müsahibə
Qarabağ
12:00
Azərbaycandakı bankların öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:56
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Region
11:52
Foto
Video
FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib
Hadisə
11:41
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Sənaye
11:40
Ötən gün axtarışda olan 129 nəfər tutulub
Daxili siyasət
11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə