Səfir: “Ukrayna məğlub olacağı təqdirdə Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”
Region
- 19 mart, 2023
- 19:05
“Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.
“Report” xəbər verir ki, bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.
“Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, “LCI” telekanalında deyib.
Diplomatın sözlərinə görə, müharibədə qalib gəlmək çox vacibdir, çünki Ukrayna münaqişəsi Qərbin əsas dəyərləri və Qərb mədəniyyəti uğrunda gedən döyüşdür.
Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski “Corriere della Sera” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişədə məğlub olması Polşa və bütün Avropa üçün “varlıq səbəbi”nə çevrilib.
Son xəbərlər
10:52
KİV: Polşa Rusiya‑Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrdən kənarlaşdırılıb
Digər ölkələr10:40
KİV: Çində yol qəzalarında doqquz nəfər ölüb
Digər ölkələr10:21
Azərbaycan cüdoçusu: "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
Fərdi09:53
Foto
Biləsuvarda yol qəzası olub, ölənlər var
Hadisə09:53
Hikmət Hacıyev Doha Forumu çərçivəsində müzakirələrlə bağlı video paylaşıb
Xarici siyasət09:30
Premyer Liqa: "Karvan-Yevlax" bu gün "Şamaxı"nı qəbul edəcək
Futbol09:27
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Xarici siyasət09:20
Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar
Futbol08:44