Şalva Papuaşvili: Başqalarının hesabına müharibə çağırışları etmək riyakarlıqdır

Şalva Papuaşvili: Başqalarının hesabına müharibə çağırışları etmək riyakarlıqdır Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Litvanın keçmiş xarici işlər naziri Landsbergisin beynəlxalq ictimaiyyətə müharibəni davam etdirməyi tövsiyə etməsinə kəskin reaksiya verib.
Region
17 fevral 2025 18:47
Şalva Papuaşvili: Başqalarının hesabına müharibə çağırışları etmək riyakarlıqdır

Avropanın bəzi liderləri Ukraynadakı müharibənin davam etməsində maraqlıdır, lakin bunun üçün real məsuliyyət və risk götürməkdən çəkinirlər.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergisin bəyanatına cavab olaraq bildirib.

O deyib ki, başqalarının hesabına müharibə çağırışları etmək riyakarlıqdır.

Papuaşvili, həmçinin Gürcüstan hökumətinin Ukraynaya könüllülər göndərmək, Rusiyaya birbaşa sanksiyalar tətbiq etmək kimi təzyiqlərə uymadığını, bununla da ölkənin təhlükəsizliyini qoruduğunu vurğulayıb.

Qeyd edək ki, Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis beynəlxalq ictimaiyyətə müharibəni davam etdirməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi