Aprelin 26-da Bakıda Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü İdarənin direktoru Denis Qonçar müsahibəsində bildirib.
“Aprelin 26-da keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci yubiley iclasına hazırlıq davam edir”, - o deyib.
Diplomatın sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığa dair kompleks məsələləri nəzərdən keçirir: “Bizim çoxsaylı maraqlı və perspektivli yeni layihələrimiz var”.
D.Qonçar vurğulayıb ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyinin istilik elektrik kompleksi üzrə Azərbaycanda təşkil etdiyi rusiyalı iş adamlarının növbəti tədbirini yada salıb: "Bu, üçüncü tədbirdir. İlk iki tədbir 2021-ci ilin iyul və noyabr aylarında keçirilib. Biz Qarabağ ərazilərinin bərpasına yerli iqtisadi operatorların cəlb edilməsinə böyük əhəmiyyət veririk. Hesab edirik ki, bu, ikitərəfli iqtisadi-ticari əməkdaşlığın stimullaşdırılmasında mühüm vasitədir”.