Rusiyanın Volqayanı dairəsində əlverişsiz hava şəraiti səbəbindən 9 nəfər ölüb

Region
  • 30 iyul, 2023
  • 03:55
Rusiyanın Volqayanı dairəsində əlverişsiz hava şəraiti səbəbindən 9 nəfər ölüb

Rusiyanın Volqayanı Federal Dairəsində əlverişsiz hava şəraiti səbəbindən 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS-a ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, təbii fəlakətdən zərər çəkənlərin sayı 67 nəfərdir.

Xatırladaq ki, daha öncə Rusiyanın Mari El Respublikasında 3-ü uşaq olmaqla 6 nəfərin təbiət hadisəsinin qurbanı olduğu bildirilmişdi.