Ukrayna Prezident Ofisi Rusiya ilə sərhədyanı bölgələrdə baş verən hadisələrə münasibət bildirib - YENİLƏNİB

Ukrayna Prezident Ofisi Rusiya ilə sərhədyanı bölgələrdə baş verən hadisələrə münasibət bildirib - YENİLƏNİB Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.
Region
2 Mart , 2023 16:02
Ukrayna Prezident Ofisi Rusiya ilə sərhədyanı bölgələrdə baş verən hadisələrə münasibət bildirib - YENİLƏNİB

Rusiyanın Bryansk vilayətində Ukrayna kəşfiyyat-diversiya qrupu tərəfindən baş verdiyi iddia edilən atışma Moskvanın təxribatıdır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.

Onun yazdığına görə, Bryansk vilayəti ilə bağlı nağıl Rusiyanın tamamilə şüurlu şəkildə törətdiyi klassik təxribatdır: “Rusiya bu təxribatla özününküləri qorxutmaq, Ukraynaya hücumla bağlı özünə haqq qazandırmaq və ölkədə artan yoxsulluğu ört-basdır etmək istəyir. Belə bir vaxtda Rusiyada partizan hərəkatı daha da güclənir və aqressiv olur. Odur ki, öz partizanlarınızdan qorxun”.

14:49

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Roman Starovoyt Tetkino qəsəbəsində Ukrayna hərbçiləri ilə baş verən atışma nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığını bildirib.

Məlumata görə, Tula vilayətinin Beryozovsk qəsəbəsindən bir km aralıda baş verən partlayış nəticəsində böyük çala yaranıb. Mütəxəssislər hadisə yerində araşdırma aparırlar.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib.

Hadisələr fonunda yayılan xəbərlərə əsasən, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Son xəbərlər

Orphus sistemi