Rusiyanın şərqindəki iri neft zavodunda partlayış baş verib
Region
- 10 aprel, 2015
- 10:58
Bakı. 10 aprel. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətinin Anqar neft-emalı zavodunda baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsi məlumat verib.
Xəbərdə bildirilir ki, ilkin dəyərləndirməyə əsasən, partlayış neft kəmərinin qaynağı zamanı baş verən yanğından törəyib.
Hadisə yerində mütəxəssislər işləyir. Partlayış nətcəsində baş verən yanğın söndürülüb.
Qeyd edək ki, Anqar neft-kimya şirkəti "Rosneft" neft şirkətinə məxsusdur. Müəssisə 1955-ci ildə istismara verilib. Zavod Sibir və Uzaq Şərqin neft məhsulları ilə təmin edilməsində önəmli yer tutur. Müəssisənin illik istehsal gücü 10,2 milyon ton neftdir.
Son xəbərlər
08:11
Foto
Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur07:59
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr07:44
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
Digər ölkələr07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39