Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb
Region
- 05 yanvar, 2025
- 04:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.
“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.
Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.
Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.
Xatırladaq ki, ötən ilin iyulunda ölkənin Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğramışdı.
Son xəbərlər
15:03
MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir
İKT
15:01
Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Digər ölkələr
15:00
Azərbaycandakı bankların faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
14:54
Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Futbol
14:52
Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir
Digər ölkələr
14:40
Azərbaycandakı bankların əməliyyat xərclərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
14:30
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb - Yenilənib
Fərdi
14:23
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Sənaye
14:20
Foto
Daşkənddə Azərbaycanın Zəfər Günü qeyd edilib
Xarici siyasət