Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb
Region
- 05 yanvar, 2025
- 04:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.
“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.
Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.
Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.
Xatırladaq ki, ötən ilin iyulunda ölkənin Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğramışdı.
Son xəbərlər
10:42
Düşənbə və Astana rəqabətin qorunması sahəsində tərəfdaşlığı genişləndirəcək
Biznes
10:38
Rusiya Federal Antiinhisar Xidməti ikinci antikartel qanun layihələri zərfi hazırlayır
Biznes
10:36
Foto
Azərbaycan Turizm Bürosu ilə PATA arasında sənəd imzalanıb
Turizm
10:36
"Araz-Naxçıvan"ın futzalçısı Fərid Ələkbərov: "Təcrübəsizlik üstünlüyü qorumağa imkan vermədi"
Futbol
10:29
"AzInTelecom" 85 mindən çox saxta IMEI kod bloklayıb
İKT
10:29
Məhəmmədəli Xudaverdiyev: "ASAN xidmət" və BMT-nin beynəlxalq sammiti Azərbaycanın idarəetmə təcrübəsini tanıdacaq
Xarici siyasət
10:29
Azərbaycan Asiya-Sakit okean regionu ölkələri ilə turizm əlaqələrini genişləndirir
Turizm
10:23
"LANDAU Lions"un basketbolçusu Ceyms Freyzer: "Əvvəlki səhvlərdən nəticə çıxararaq qələbə qazandıq"
Komanda
10:23
"ASAN xidmət" və BMT-nin beynəlxalq sammitində 70-dən çox ölkədən 200-ə yaxın qonaq iştirak edəcək
Xarici siyasət