Rusiyanın bu muxtar dairəsində yeganə koronavirus xəstəsi sağaldı - FOTO

Region
  • 24 aprel, 2020
  • 02:39
Rusiyanın bu muxtar dairəsində yeganə koronavirus xəstəsi sağaldı - FOTO
Yuri Bezdudnıy

Rusiyanın Neneçk muxtar dairəsinin koronavirus aşkarlanmış yeganə sakini COVID-19-la bağlı iki testdən keçib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dairənin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Bezdudnıy özünün sosial şəbəkədəki hesabında bildirib.

Y.Bezdudnıy qeyd edib ki, pasiyentin hər iki testinin nəticəsi mənfi olub. Buna görə də, həmin şəxs xəstəxanadan evə buraxılıb.

Onun sözlərinə görə, regionda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

"Bu gün Neneçk dairəsi yenidən koronavirusdan azaddır", - dairənin qubernator əvəzi sosial şəbəkədə yazıb.

44 - Tezliklə