Ermənistan DİN biznesmen Karapetyanın saxlanılması ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB
- 17 iyun, 2025
- 22:54
Ermənistan Daxili İşlər Nazirliyi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın saxlanılması ilə bağlı məlumatı təkzib edib.
“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, biznesmen sərbəst buraxılıb.
İş adamının qardaşı onun evdə olduğunu deyib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Karapetyanın evində axtarış apardığı bildirilib. Axtarışlar başlamazdan bir neçə saat əvvəl Karapetyan Erməni Apostol Kilsəsinin müdafiəsi üçün çıxış edib.
19:46
Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda saxlanılıb.
"Report"un "ArmLur.am"a istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri müvafiq tədbirlər həyata keçirir.
Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq".
Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd olunur ki, hazırda iş adamının Ulnetsi küçəsində yerləşən mənzilində axtarış aparılır.
Qeyd edək ki, buna səbəb Samvel Karapetyanın kilsənin müdafiəsi barədə səsləndirdiyi fikirlər olub.