Rusiyada yaşayış evindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Rusiyada yaşayış evindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB Rusiyanın Nijnevartovsk şəhərində yaşayış binasında partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Region
4 Dekabr , 2022 21:46
Rusiyada yaşayış evindəki partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 6-sı ölüb, 4-ü xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, dekabrın 4-də Nijnevartovskda qaz partlayışı baş verib, nəticədə beşmərtəbəli yaşayış binasının iki mərtəbəsi uçub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışa qaz balonunun düzgün quraşdırılmaması, həmçinin istismar qaydalarının pozulması olub.

Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açıb.

18:35

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Xilasetmə əməliyyatı davam edir.

18:24

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Xəsarət alanlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Ümumilikdə evin 52 sakini təxliyə edilib, məktəblərdən birində müvəqqəti sığınacaq yaradılıb.

Partlayış yerinə 6 təcili tibbi yardım briqadası, Fövqəladə Hallar Nazirliyinin 9 texnikası cəlb olunub.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi