Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib

Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib Rusiyada silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilib.
Region
27 İyun , 2023 12:26
Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib

Rusiyada silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.

Qeyd olunub ki, səbəb qiyam iştirakçılarının məqsədlərindən əl çəkmələridir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb. Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi