Rusiya və Türkiyə kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını müzakirə ediblər

Rusiya və Türkiyə kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını müzakirə ediblər Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə görüşüb.
Region
11 aprel 2024 22:13
Rusiya və Türkiyə kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində keçirilən görüşdə diplomatlar kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına maneəsiz çıxışı məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, bu məsələnin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının platformalarında nəzərdən keçirilməsi xüsusi vurğulanıb. Hər iki tərəf təcili və genişmiqyaslı atəşkəs və humanitar səylərin artırılmasının zəruriliyi ilə bağlı razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi