Rusiya Ukraynaya raket zərbəsi endirib, 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb
Region
- 28 iyun, 2023
- 00:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib, nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.
Onun sözlərinə görə, Kramatorska iki raket zərbəsi endirilib:
"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”.
Nazir qeyd edib ki, dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər və polis işləyir.
Donetsk vilayətinin polisi bildirir ki, ilkin məlumatlara görə, Rusiya şəhəri iki S-300 raketi ilə vurub.
Son xəbərlər
00:11
Foto
Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb - Yenilənib-2
Digər ölkələr
23:57
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Digər ölkələr
23:32
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Digər ölkələr
23:22
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Digər ölkələr
23:14
Sənan Süleymanov: "Növbəti hədəfim olimpiya çempionu olmaqdır"
Fərdi
23:05
Beşqat dünya çempionu Eldəniz Əzizli: "Himnimiz səslənəndə bütün karyeram gözümün önündən keçdi"
Fərdi
22:23
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
22:05
Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
Digər ölkələr
21:40
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Digər ölkələr