Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var

Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətində qatara zərbə endirib.
Region
25 Avqust , 2022 00:48
Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətində sərnişin qatarına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Report” Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir.

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, (hücum zamanı -red) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb", - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

"Biz mütləq işğalçıları etdikləri hər şeyə görə cavab verməyə məcbur edəcəyik. Və biz mütləq işğalçıları öz torpaqlarımızdan qovacağıq", - Prezident əlavə edib.

Daha əvvəl bildirilib ki, zərbə nəticəsində azı 50 nəfər xəsarət alıb. 

24.08.2022...22:08

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.

"Mən bu müraciəti etməyə hazırlaşarkən məlumat aldım ki, Rusiya Dnepropetrovsk vilayətinə, dəmiryol vağzalına, Çaplino stansiyasındakı vaqonlara raket hücumu təşkil edib - hazırda dörd sərnişin vaqonu yanır. Hazırda azı 15 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Xilasedicilər işləyir. Amma təəssüf ki, ölənlərin sayı hələ də arta bilər”, - deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, “Rusiya BMT Təhlükəsizlik Şurasının bu iclasına belə hazırlaşıb”.

Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. “Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər. Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür", - dövlət başçısı deyib.

Son xəbərlər

Orphus sistemi