Rusiya Qara dənizdə 2 yük gəmisini vurub
Region
- 03 sentyabr, 2026
- 18:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya qoşunları Qara dənizdə yük daşıyan 2 gəmini pilotsuz uçuş aparatları (PUA) ilə vurub.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, zərbələr silah daşıyan quru yük və konteyner gəmilərinə endirilib.
"Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun maraqları üçün cəlb edilmiş dəniz gəmilərinə və liman infrastrukturu obyektlərinə zərbə endirməyə davam edir. Gün ərzində PUA-larla Qara dəniz akvatoriyasında silah və döyüş sursatı olan quru yük tipli dəniz gəmisi və hərbi-texniki əmlak daşıyan konteyner tipli gəmi vurulub", - məlumatda bildirilib.
Минобороны: ВС РФ поразили два грузовых судна в Черном море
Russian Defense Ministry: Russian forces strike two cargo ships in Black Sea
Son xəbərlər
15:36
Elizar Ağayev: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb
Sosial müdafiə
15:34
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb
İnfrastruktur
15:34
Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil
Analitika
15:29
Foto
Video
Azərbaycan hərbi pilotları hava kəşfiyyatının aparılması tapşırıqlarını icra ediblər
Hərbi
15:24
Əli Kərimli və müavininin məhkəməsi başlayıb
Hadisə
15:23
Qətər ABŞ və İran arasında vasitəçiliyi davam etdirir
Digər ölkələr
15:22
Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb
Digər ölkələr
15:21
Xocalı sakini: Şəxsi təsərrüfatımızı qurmaq üçün bizə 21 baş qoyun verilib
Sosial müdafiə
15:15
Foto
Video
Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi
Daxili siyasət