Rusiya prezidenti İranda səfərdədir

Region
  • 07 sentyabr, 2018
  • 09:56
Rusiya prezidenti İranda səfərdədir
РИА Новости

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin İranda səfərdədir. 

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, o, Tehranda Suriyadakı böhranla bağlı keçiriləcək İran-Türkiyə-Rusiya üçtərəfli zirvə görüşündə iştirak edəcək.

Görüşdə İdlib əyalətindəki vəziyyətə, habelə Suriya hökumətinin guya kimyəvi silah tətbiqi ilə bağlı gözlənilən təxribatlar məsələsinə daha çox diqqət yetiriləcək.

Sammitin proqramına əsasən, hər üç dövlət başçısının mətbuata birgə bəyanatından sonra qapalı danışıqlar aparılacaq. 

Daha sonra prezidentlər Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin birgə yekun bəyanatı qəbul olunacaq. 

Qeyd edək ki, V.Putin R.T.Ərdoğan, H.Ruhani və İranın ali rəhbəri, ayətullah Xamenei ilə ayrı-ayrı görüşlər keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti