Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib

Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luhansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib.
Region
22 Fevral , 2022 15:17
Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib

Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Son xəbərlər

Orphus sistemi