"Rusiya hökuməti Ermənistanla münasibətlərinin səhv məcrada inkişaf etdiyi qənaətindədir".
Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Rusiya Prezidenti Vladimir Putinin bu gün Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının iclasının keçirildiyi Yerevan səfərini şərh edərkən bildirib.
Ermənistan paytaxtında keçirilən beynəlxalq tədbirdə iştirak edəcək Rusiya prezidentinin bu ölkənin rəsmi şəxsləri ilə ayrıca görüşlərinin nəzərdə tutulmadığını qeyd edən rusiyalı ekspert bunu Rusiya hökumətinin Ermənistanla münasibətlərinin səhv məcrada inkişaf etdiyi qənaətində olması ilə əlaqələndirib.
Belə bir qənaətin səbəbləri arasında Ermənistanın hazırkı hökumətinin qərbyönümlü siyasət yeritməsi ilə yanaşı,
Rusiyalı politoloq blokada vəziyyətində olan Ermənistana külli miqdarda vəsait sərf etdiklərini, bu məsrəfləri azaltmaq arzusunda olduqlarını da qeyd edib: “Nikol Paşinyan iqtisadi artım barədə çox danışsa da, bunu həyata keçirmək, sadə insanların güzəranını yaxşılaşdırmaq üçün heç bir addım atmır. Halbuki iqtisadi artımın yolu Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi blikadanın aradan qaldırılmasından keçir”.