KİV: Rusiya ICAO-nun İdarə Heyətinə yenidən seçilməyib

KİV: Rusiya ICAO-nun İdarə Heyətinə yenidən seçilməyib Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Heyətinə yenidən seçilməyib.
Region
1 Oktyabr , 2022 18:42
KİV: Rusiya ICAO-nun İdarə Heyətinə yenidən seçilməyib

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Heyətinə yenidən seçilməyib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Xatırladaq ki, ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir.

ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator - kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir.

Son xəbərlər

Orphus sistemi