Rusiya Baş Kəşfiyyat İdarəsi rəisinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlanıb

Region
  • 22 noyabr, 2018
  • 10:17
Rusiya Baş Kəşfiyyat İdarəsi rəisinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti olaraq vitse-admiral İqor Kostyuk icra edəcək.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, qurumun rəisi İqor Korobov 63 yaşında vəfat edib.