Rusiya Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlığı dayandıra bilər

Region
  • 01 mart, 2018
  • 10:28
Rusiya Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlığı dayandıra bilər

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarında anti-Rusiya xəttinin korrektə edilməyəcəyi təqdirdə Avropa İnsan Hüquqları Konvensiyasının denonsasiyası və AİHM ilə əməkdaşlığın dayandırılması imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiyanın müvafiq qurumlarındakı mənbə bildirib.

Mənbənin məlumatına görə, Rusiyaya qarşı şikayətlərə baxılması məsələsində AİHM-in mövqeyində siyasiləşdirmə artır. Digər tərəfdən, Rusiyanın arqumentləri və dəlilləri nəzərə alınmır.