Rostovda ağır yol qəzasında 4 nəfər ölüb

Region
  • 03 sentyabr, 2023
  • 19:54
Rostovda ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda yük maşını ilə yük avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rostov vilayətinin prokurorluğunun mətbuat xidmət məlumat yayıb.

“Bu gün, 2023-cü il sentyabrın 3-də Zimovnikovski rayonu ərazisində avtomobil yolunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər ölüb”, - məlumatda deyilib.

Mətbuat xidməti aydınlaşdırıb ki, hadisə ilə bağlı cinayət işi açılıb, prokurorluq təhqiqatın gedişini nəzarətə götürüb, həmçinin yol hərəkəti təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı yoxlama təşkil edib.

44 - Tezliklə