Rostov “Vaqner"çilər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib

Rostov “Vaqner"çilər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
Region
24 İyun , 2023 08:40
Rostov “Vaqnerçilər tərəfindən ələ keçirilib, kütləvi tədbirlər ləğv edilib

Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.

“Report” xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.

Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir.

Artıq Rostov şəhəri “Vaqner"çilər tərəfindən ələ keçirilib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Son xəbərlər

Orphus sistemi