Roman Abramoviç Portuqaliya vətəndaşlığını alıb

Region
  • 18 dekabr, 2021
  • 19:35
Roman Abramoviç Portuqaliya vətəndaşlığını alıb
Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç

Rusiyalı milyarder Roman Abramoviç Portuqaliya vətəndaşlığını alıb.

"Report" xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, 55 yaşlı Abramoviç bu ilin əvvəlində Portuqaliya vətəndaşlığına qəbul edilib. Milyarder Sefarad yəhudilərinin nəslindən olan Portuqaliya pasportunun sahibi olub.

Qeyd edək ki, rusiyalı milyarder "Porto" yəhudi icmasının üzvüdür.