Rəsmi Ankara Hələbdə konvoylara hücumla bağlı İrana narahatlığını bildirib
- 16 dekabr, 2016
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım İranın vitse-prezidenti İshaq Cihangiri ilə telefon danışığı zamanı Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə edib və rəsmi Ankaranın konvoylara hücumlarla bağlı narahat olduğunu bildirib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyənin baş naziri İran tərəfinə Hələbin şərqindən təxliyə prosesinin başladığını, lakin evakuasiya edilənlərin hücumlara məruz qaldığını söyləyib.
"Türkiyə Hələbdəki vəziyyətdən narahatdır və mülkü əhalainin təhlükəsiz şəkildə təxliyə edilməsi və şəhərə humanitar yardımın çatdırılması prosesinə hərtərəfli dəstək verməyə hazırdır" - B.Yıldırım deyib.
O, həmçinin İranın mülki əhalinin Hələbdən müdaxiləsiz və təhlüksiz təxliyəsinin davam etdirilməsi üçün lazımi addımlar atacağına əmin olduğunu vurğulayıb.
"Ankara bu məsələdə Tehrabla əməkdaşlıq etməyə hazırdır" - Türkiyənin baş naziri bildirib.