Qırğızıstan-Tacikistan sərhədində atışma olub, iki hərbçi yaralanıb - YENİLƏNİB

Qırğızıstan-Tacikistan sərhədində atışma olub, iki hərbçi yaralanıb - YENİLƏNİB “Tacikistan Qırğızıstanla sərhəddəki münaqişə bölgəsinə ağır texnika cəmləyir”.
Region
3 İyun , 2022 15:03
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, iki hərbçi yaralanıb - YENİLƏNİB

Qırğızıstanla Tacikistan sərhədindəki atışma nəticəsində qırğızların iki hərbçisi yaralanıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır, o birinin səhhəti orta ağır kimi qiymətləndirilir.

12:59

“Tacikistan Qırğızıstanla sərhəddəki münaqişə bölgəsinə ağır texnika cəmləyir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Sərhəd Xidmətinin mətbuat mərkəzi yayıb.

Bildirilib ki, Qırğızıstan-Tacikistan sərhədində atışma baş verb.

Məlumata görə, Tacikistan sərhədçiləri qanunsuz olaraq Qırğızıstanın Batken vilayətinin eyniadlı rayonunun Bulakbaşı yaşayış yerinə keçdikləri aşkarlanıb. Qırğız hərbçilər Tacikistan sərhədçilərinin ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, buna qarşılıq olaraq Tacikistan sərhədçiləri atəş açıb. Məlumata əsasən, tacikistanlı sərhədçilər minaatanlardan istifadə ediblər.

İlkin məlumata görə, Qırğızıstan tərəfdən itki və yaralının olmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi