Qırğızıstan hərbçiləri KTMT-nin Tacikistanda keçiriləcək təlimində iştirak etməyəcək

Qırğızıstan hərbçiləri KTMT-nin Tacikistanda keçiriləcək təlimində iştirak etməyəcək Qırğız Respublikasının hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda keçiriləcək “Sərhəd-2022” birgə təlimində iştirak etməyəcək.
Region
11 Oktyabr , 2022 09:43
Qırğızıstan hərbçiləri KTMT-nin Tacikistanda keçiriləcək təlimində iştirak etməyəcək

Qırğız Respublikasının hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda keçiriləcək “Sərhəd-2022” birgə təlimində iştirak etməyəcək.

“Report” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirib.

Məlumata görə, nazirlik əvvəldən bu hərbi tədbirdə iştirak edəcəyini planlaşdırmayıb.

Qeyd edək ki, oktyabrın 10-da KTMT-nin təlimləri başlayıb. Əsas diqqət "KTMT üzvü olan ölkəyə nüfuz etməyə çalışan qeyri-qanuni silahlı birləşmələrlə mübarizə bacarıqları"nın artırılmasına yönəldiləcək. Təlimin əsas hissəsi oktyabrın 17-21-də Tacikistanın paytaxtı Düşənbədən 140 km cənubda yerləşən Xarbmaydon poliqonunda keçiriləcək. Təlimlərdə 1 000-ə yaxın şəxsi heyət və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lar iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi