Qazaxıstanlı sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb

Qazaxıstanlı sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb Qazaxıstanın keçmiş ədliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.
Region
21 Oktyabr , 2023 12:59
Qazaxıstanlı sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb

Qazaxıstanın keçmiş ədliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Xidmətinin məlumatında deyilir.

“Antikorrupsiya Xidməti dövlət başçısının qanunsuz dövriyyədən çıxarılmış əmlakın axtarışı və qaytarılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə sabiq ədliyyə nazirini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilirək saxlayıb”, - məlumatda deyilir.

Qurumun məlumatına görə, eks-nazir hər il bilərəkdən lazımsız xidmətlər göstərilməsi üçün özünə bağlı olan şirkətlə müqavilələr bağlayıb.

Antikorrupsiya Xidmətindən bildirilib ki, aktivlərin qaytarılması üzrə işlər davam etdirilir. Vurğulanıb ki, 2022-ci ildən bəri qeyri-qanuni yolla əldə edilmiş 856 milyard təngəlik aktivin Qazaxıstana qaytarılmasına nail olunub. Qurum 2023-cü ilin sonuna qədər daha 180 milyard təngəni dövlər büdcəsinə qaytarmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi