Qazaxıstanın sabiq mədəniyyət naziri Arıstanbek Muxamediuli 11 il azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Eks-nazir, həmçinin ömürlük dövlət qulluğunda vəzifə də tuta bilməyəcək.
Qeyd edilib ki, o, xüsusilə külli miqdarda rüşvət verməyə cəhd etdiyinə görə azadlıqdan məhrum edilib.