İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
Ölənlərin sayı 103 nəfər təşkil edir.
Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.
Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlərdə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 188 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən xəbər verir.
Ölənlərin sayı 103 nəfər təşkil edir.
Qeyd edək ki, terror aktı ilə əlaqədar 4 yanvar ölkədə matəm elan edilib.
Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışların səbəbi hələ məlum deyil.
Xatırladaq ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlərdə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.
"Report" İRNA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.
Onun sözlərinə görə, yaralı sayı 170 nəfər təşkil edir.
İRNA-nın məlumatına görə, birinci partlayış SEPAH-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.
Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.
İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yaralıların sayının 200-ə çatacağı bildirilir.
İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.
Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.
Bildirilib ki, hadisədə yaralanan şəxslər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.
Qeyd edək ki, İranın Kirman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.
SEPAH-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, hazırda ölü və yaralılar hadisə yerindən təxliyə edilir.
İranın Kirman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.
İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
"Report" xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki məlum deyil.
Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. SEPAH-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlərdə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.