Rusiya və Çin 200 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq niyyətindədir.
“Report”
“Sədr Si Cinpin və mənim dövriyyəmizi 200 milyard dollara çatdırmaq üçün qarşıya qoyduğumuz məqsədə çox yaxın gələcəkdə, hələ bu ilin əvvəlində nail olmaq olar”, - dövlət başçısı deyib.
Rusiya lideri Çinin Sədri Si Cinpinlə dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Həm işgüzar, həm də şəxsi dostluq münasibətləri. Bu, əlbəttə ki, ikitərəfli münasibətlərin və dövlətlərarası əlaqələrin inkişafına kömək edir”.
Putin Moskva ilə Pekin arasında iqtisadi və siyasi əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirib:
“Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələr çox yüksək səviyyəyə çatıb. Sözsüz ki, bütün bunlar siyasi sahədə əldə olunanların sonucudur. Bununla belə, nəticələr yaxşıdan çox – əladır”.
O həmçinin əlavə edib ki, Moskva və Pekin artıq münasibətlərin misli görünməmiş yüksək səviyyəsinə nail olub və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.