Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb

Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb Rusiya Prezidenti Vladimir Putin Avropanın əksər ölkələrinin vətəndaşları üçün bir sıra viza üstünlüklərini dayandıran qanunu imzalayıb.
Region
1 May , 2022 15:29
Putin Aİ vətəndaşları üçün viza güzəştlərinin ləğvi barədə qanun imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Avropanın əksər ölkələrinin vətəndaşları üçün bir sıra viza üstünlüklərini dayandıran qanunu imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, qanun diplomatik pasport sahibləri - Aİ ölkələri, İsveçrə, Norveç, Danimarka, İslandiya, Lixtenşteyn vətəndaşları üçün viza rejimi tətbiq edir, həmçinin rəsmi nümayəndə heyətlərinin, milli və regional hökumətlərin və parlamentlərin, konstitusiya və ali məhkəmələrin üzvləri üçün viza üstünlüklərini ləğv edir.

Sənəd sadalanan ölkələrlə diplomatik pasportlara və vizalara aid olan beynəlxalq müqavilələrin bəzi müddəalarını dayandırır.

Qanunun “qeyri-dost hərəkətlərə cavab olaraq təcili tədbirlərin görülməsi zərurəti ilə əlaqədar” imzalandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi